...

Bakının bir hissəsi susuz qalacaq

Cəmiyyət Materials 22 Aprel 2014 12:45 (UTC +04:00)
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
Bakının bir hissəsi susuz qalacaq

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Bakının bir hissəsi susuz qalacaq.

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti, 2 ünvanında yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar 22 aprel 2014-cü il tarixdə Nizami rayonunun Qara Qarayev prospektinə, Özbəkistan, Azər Manafov, Əli Vəliyev, Rizvan Teymurov və Tofiq Abbasov küçələrinə içməli suyun verilməsi saat 19:00 radələrinədək dayandırılacaqdır.

Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti