...

Mərkəzi Gömrük Hospitalı daha bir yeniliyə imza atıb

Cəmiyyət Materials 22 Aprel 2014 18:10 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalı Azərbaycan səhiyyəsində daha bir yeniliyə imza atıb.
Mərkəzi Gömrük Hospitalı daha bir yeniliyə imza atıb

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalı Azərbaycan səhiyyəsində daha bir yeniliyə imza atıb.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hospitalın Nefrologiya və Efferent Terapiya şöbəsində Qafqazda ilk dəfə olaraq dializ xəstələrinin müalicəsində istifadə olunan Neksadiya dializ proqramının tətbiqinə başlanılıb.

Dializ sahəsində ən mütərəqqi sistemin tətbiqi zamanı hospitala daxil olan xəstələr xüsusi çip kartlarla təmin edilir. Bu kartda əsasən pasientin və onun xəstəliyinin inkişafı haqqında məlumatlar öz əksini tapır. Müalicə zamanı aparata daxil edilən çip kart həkimlərə prosesi onlayn şəkildə izləməyə imkan verir.

Mərkəzi Gömrük Hospitalında tətbiq olunan süni böyrək cihazları dializ zamanı adekvatlıq indekslərini (KT/V və URR) izləməyə imkan yaradır. Dializ aləmində ən mürəkkəb sayılan damar yolu və resirkulyasiyanı düzgün hesablamaq üçün şöbədə yeni KritLayn (CritLine) cihazının istifadəsinə də başlanılıb.

Kritlayn cihazı prosedur zamanı xəstənin gemoqlobinini, Hematokriti, Oksigen saturasiyasını və resirkulyasiya indeksini onlayn rejimdə izləməyə imkan verir. Ondan əlavə bu cihaz ademiya sistemi ilə təchiz olunub. Ademiya sistemi onlayn rejimdə xəstənin adekvatlıq indekslərini qeyd etməyə imkan verir. Onlayn olaraq KT/V və URR indeksləri də izlənilə bilir.

Qeyd edək ki, yeni sistemin tətbiqi xəstə haqqında mütəxəssislərin daha düzgün qərar qəbul etməsini və xəstəliyin inkişafını daim müşahidə altında saxlamağa imkan verir. Sistemin tətbiqi üçün Almaniya istehsalı olan 6 ədəd xüsusi aparat alınaraq hospitalda quraşdırılıb. Bu da dializ xəstələrinin tibb elminin ən mütərəqqi üsullarıyla müalicəsinə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti