...

Hesablama Palatası Gənclər və İdman Nazirliyində korrupsiya faktlarının aşkarlanması məsələsinə aydınlıq gətirib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 23 Aprel 2014 13:04 (UTC +04:00)
Hesablama Palatası bəzi informasiya agentliklərində Gənclər və İdman Nazirliyinə ayrılmış vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Hesablama Palatası Gənclər və İdman Nazirliyində korrupsiya faktlarının aşkarlanması məsələsinə aydınlıq gətirib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

Hesablama Palatası bəzi KİV-lərdə Gənclər və İdman Nazirliyinə ayrılmış vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Palatadan Trend-ə verilən məlumatda bildirilir: "Bəzi informasiya gentliklərində Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün fəaliyyəti ilə bağlı Hesabatına istinad edilərək dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verildiyi qeyd edilmişdir. Bununla əlaqədar bildiririk ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlərə ayrılan vəsaitlərin istifadəsinin auditi zamanı korrupsiya faktlarına rast gəlinməmişdir".

Məlumata görə, audit zamanı aşkar edilmiş nöqsanlar audit gedişatında və auditdən sonrakı dövrdə tam aradan qaldırılıb.

Məlumatın birtərəfli qaydada verilməsi və konteksdən çıxarılaraq təhrif edilməsi Hesablama Palatası tərəfindən qərəzli mövqe kimi qiymətləndirilir.

Məsələyə gənclər və idman naziri Azad Rəhimov da bu gün keçirdiyi mətbuat konfransında münasibət bildirib. Nazir qeyd edib ki, bu yoxlama nəticəsində nazirlikdə korrupsiya faktı aşkarlanmayıb: "Xoşbulaq deyilən ərazidə Olimpiya İdman Kompleksinin təməli qoyulmuşdu. Xoşbulaq rayon mərkəzindən 20 km-ə qədər uzaq məsafədə yerləşir. Uzun məsafə olduğuna görə gənclərin orada məşq etməsi çətin idi və ona görə də orada Prezidentin təklifi ilə Gənclər Mərkəzi tikildi. Artıq həmin mərkəz hazırdır və istifadəyə verilir. Yəni burada korrupsiya faktı yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti