...

DSMF sədri Elman Mehdiyev Gəncədə vətəndaşlar üçün qəbul keçirib

Cəmiyyət Materials 23 Aprel 2014 13:30 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev aprelin 23-də DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin inzibati binasında Gəncə şəhərinin və Yevlax, Naftalan, Samux, Göygöl, Goranboy, Xocalı, Daşkəsən, Kəlbəcər rayonlarının sakinlərini qəbul edib.
DSMF sədri Elman Mehdiyev Gəncədə vətəndaşlar üçün qəbul keçirib

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev aprelin 23-də DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin inzibati binasında Gəncə şəhərinin və Yevlax, Naftalan, Samux, Göygöl, Goranboy, Xocalı, Daşkəsən, Kəlbəcər rayonlarının sakinlərini qəbul edib.

Fonddan Trend-ə verilən məlumata görə, vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, qəbulda iştirak edənlərin Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.

Məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 35-dək vətəndaşın müraciətinə baxılıb. "Açıq qapı" şəraitində davam etdirilən görüşdə öncədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin vətəndaşlarla görüşü zamanı sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı təklif və şikayətlər dinlənilib.

Qaldırılan məsələlərin həlli üçün lazımi tədbirlər görülüb, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti