...

AMEA əməkdaşlarının təxminən 70 faizinin yaşı 40-dan çoxdur

Cəmiyyət Materials 23 Aprel 2014 14:36 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müəssisə və təşkilatlarında calışan əməkdaşların təxminən 30 faizinin yaşı 40-dəkdir.
AMEA əməkdaşlarının təxminən 70 faizinin yaşı 40-dan çoxdur

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müəssisə və təşkilatlarında calışan əməkdaşların təxminən 30 faizinin yaşı 40-dəkdir.

AMEA-dan Trend-ə verilən məlumata görə, qurumun müəssisə və təşkilatlarında yaşı 40-a qədər olan 3100 gənc əməkdaş çalışır. Bu da bütün işçilərin təxminən 30 faizini təşkil edir.

Ötən il müvəffəqiyyətlə imtahan vermiş 199 nəfər gənc AMEA-nın elmi müəssisələrinə dok­toranturaya qəbul olub.

Ümumilikdə ötən il Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Elmlər Akademiyası üzrə fəlsəfə doktoru hazırlığı üzrə 205, elmlər doktoru hazırlığı üzrə 72, dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 231, elmlər doktoru hazırlığı üzrə 116 qəbul planı təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti