...

Azərbaycanda abituriyentlər üçün növbəti sınaq imtahanı keçiriləcək

Cəmiyyət Materials 25 Aprel 2014 12:42 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 27-də sınaq imtahanları keçirəcək.
Azərbaycanda abituriyentlər üçün növbəti sınaq imtahanı keçiriləcək

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 27-də sınaq imtahanları keçirəcək.

Trend TQDK-nın saytına istinadən bildirir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Göygöl, Samux, Qazax, Sumqayıt, Şamaxı, Mingəçevir, Naftalan, Şəki, Qax, Oğuz, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, Füzuli, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Lerik, Masallı, Quba və Şabran şəhərlərində ümumilikdə 68 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48293 abituriyent qeydiyyatdan keçib. İmtahan binalarına buraxılış abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti