...

QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyə hesabatı təqdim etməyən QHT-lərlə bağlı qərar qəbul etdi

Cəmiyyət Materials 25 Aprel 2014 14:12 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Maliyyə Nazirliyinə hesabat təqdim etməyən QHT-lərə bağlı qərar qəbul edib.
QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyə hesabatı təqdim etməyən QHT-lərlə bağlı qərar qəbul etdi

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Maliyyə Nazirliyinə hesabat təqdim etməyən QHT-lərə bağlı qərar qəbul edib.

Şuradan Trend-ə verilən məlumata görə, bu barədə qərar rüblük fəaliyyətin yekunları ilə bağlı Katibliyin toplantısı zamanı qəbul edilib.

Qərara əsasən, Maliyyə Nazirliyinə hesabat təqdim etməyən QHT-lərə bu hesabatın hazırlanması ilə bağlı Şuranın təlimlərinin sayını artırılacaq. Bundan əlavə, Şuranın maliyyə yardımı üçün müraciət ərizəsinə Maliyyə Nazirliyinə hesabatın təqdim edilməsi barədə arayışın əlavə edilməsi barədə də qərar qəbul edilib.

Toplantıda Şura sədri Azay Quliyev Maliyyə Nazirliyinə vaxtında illik maliyyə hesabatı təqdim etməyən 1695 QHT arasında Şuradan qrant alanların olub-olmadığı haqqında arayışın hazırlanması, eləcə də hesabat verməyən digər QHT-lərə texniki yardım edilməsilə bağlı göstərişlər verib.

Toplantında həmçinin QHT-lərə kommunikasiya problemi ilə əlaqədar bildirişlər hazırlamaq və layihə yerinə yetirən təşkilatlara bu barədə ciddi xəbərdarlıq etmək, elektron hesabatların Şuranın serverinə yalnız iş günlərində və iş saatlarında təqdim edilməsi ilə bağlı elan hazırlamaq və bunu QHT-lərin diqqətinə çatdırmaq və s. məsələlər barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti