...

"Vergilər" mövzusunda tələbə və magistrantlar arasında olimpiada keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2014 17:51 (UTC +04:00)
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (AzDİU) Bakı və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən 13 ali məktəbin 260-dək tələbə və magistrantının iştirak etdiyi “Vergilər” mövzusunda 8-ci olimpiada keçirilmişdir.
"Vergilər" mövzusunda tələbə və magistrantlar arasında olimpiada keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (AzDİU) Bakı və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən 13 ali məktəbin 260-dək tələbə və magistrantının iştirak etdiyi "Vergilər" mövzusunda 8-ci olimpiada keçirilmişdir.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, "Vergilər" mövzusuna həsr olunmuş bu ənənəvi olimpiada Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuşdur.

Tədbir iştirakçıları əvvəlcə AzDİU-nun foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri olan ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Damət Bağırov olimpiada iştirakçılarını salamlamış, hər il Bakıdan və respublikanın müxtəlif bölgələrindən çoxlu sayda tələbə və magistrantın bu olimpiadaya qatıldığını bildirmişdir.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov çıxış edərək ulu öndərin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatların ölkəmizi regionda və dünyada aparıcı dövlətlər səviyyəsinə yüksəltdiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, olimpiada iştirakçılarının bir qismi sonradan vergi orqanlarına işə qəbul zamanı yüksək nəticələr göstərmiş və hazırda vergi orqanlarında müxtəlif vəzifələrdə çalışırlar.

Test üsulu ilə təşkil olunmuş olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanmış sualları kompyuter vasitəsilə onlayn rejimdə cavablandırmışlar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunmuşdur. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə qiymətləndirilmişdir.

Tələbələr arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünmüşdür:

I yer - Abdullayev Əli Şahmar oğlu (Azərbaycan Universiteti)
II yer - Müseyibov Ayaz Rafiq oğlu (AzDİU)
III yer - Əhmədov Vüsal Əli oğlu (AzDİU)

Azərbaycan Universitetinin tələbəsi I yer tutduğuna görə həmin tələbənin müəllimi də xüsusi mükafata layiq görülmüşdür.

Magistrantlar arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünmüşdür:

I yer - Mirzəyev Asif Nizaməddin oğlu (AzDİU)
II yer - Həmidova Mədinə Bəhruz qızı (AzDİU)
III yer - İlyasov Ramin Adıgözəl oğlu (AzDİU)

Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı I yer tutduğuna görə həmin magistrantın müəllimi də xüsusi mükafata layiq görülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti