...

Azərbaycanda Neolit adlı yeni kəndin yaradılması nəzərdə tutulur

Cəmiyyət Materials 29 Aprel 2014 12:36 (UTC +04:00)
Azərbaycanın Tovuz rayonunda "Göytəpə Arxeoloji Parkı" layihəsi çərçivəsində turizm məqsədi ilə Neolit adlı yeni kəndin yaradılması nəzərdə tutulur.
Azərbaycanda Neolit adlı yeni kəndin yaradılması nəzərdə tutulur

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanın Tovuz rayonunda "Göytəpə Arxeoloji Parkı" layihəsi çərçivəsində turizm məqsədi ilə Neolit adlı yeni kəndin yaradılması nəzərdə tutulur.

Trend xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı ilkin layihələndirmə işlərinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açaraq abidənin tarixi əhəmiyyətindən danışan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ildə respublikasının qərb bölgəsinə səfəri zamanı Göytəpə neolit dövrü abidəsinin ilkin tədqiqat nəticələri ilə tanış olub, onun əsaslı öyrənilməsi məqsədi ilə AMEA yanında Göytəpə Arxeolji Parkının yaradılması haqqında sərəncam imzalayıb.

Akademik arxeoloji kompleksin ictimaiyyətdə maraq oyatdığını, bu yolla qədim dövr insanlarının həyat və fəaliyyətinin, gündəlik yaşam tərzlərinin daha aydın şəkildə başa düşüldüyünü vurğulayıb: "AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri tərəfindən ölkədə genişmiqyaslı arxeoloji qazıntılar aparılır. Son illər onlar tərəfindən bir sıra mühüm işlər ortaya çıxarılıb. Onlardan biri də Tovuz rayonunda yerləşən yeraltı Göytəpə abidəsidir. Bu abidə öz unikalllığı və orijinallığı ilə fərqləndiyindən özünə yeni yanaşma təlb edir. Bakı-Gəncə-Tbilisi yolunun üstündə yerləşdiyi üçün onun həm də geniş turizm imkanları var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti