...

İran WhatsApp-a girişə qadağa qoydu

Cəmiyyət Materials 30 Aprel 2014 12:03 (UTC +04:00)
İran WhatsApp xidmətinə girişə qadağa qoyub. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verib.
İran WhatsApp-a girişə qadağa qoydu

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.Tariverdiyeva/

İran WhatsApp xidmətinə girişə qadağa qoyub. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verib.

İran Baş Prokurorluğu yanında Cinayət tərkibi hallarının müəyyən edilməsi üzrə komitənin katibi Əbdüssəməd Xörrəmabadi bildirib ki, bu barədə qərar ötən ilin sonunda qəbul edilib (İranda il martın 21-də dəyişir).

Onun sözlərinə görə, buna baxmayaraq, İranın İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi bu qərarı yerinə yetirməyib. Komitə bununla bağlı nazirliyə növbəti dəfə xəbərdarlıq etmək məcburiyyətində qalıb.

Xörrəmabadi WhatsApp-a girişə qadağa qoyulmasının səbəblərini açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti