...

Bu ilin I rübündə DSMF-yə xarici ölkələrdən mindən çox müraciət edilib

Cəmiyyət Materials 30 Aprel 2014 12:06 (UTC +04:00)
2014-cü ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən 1041 müraciət daxil olub.
Bu ilin I rübündə DSMF-yə xarici ölkələrdən mindən çox müraciət edilib

Azərbaycan, Bakı, 30 aprel /Trend/

2014-cü ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən 1041 müraciət daxil olub.

DSMF-dən Trend-ə verilən məlumata görə, Fonda daxil olan müraciətlər arasında MDB ölkələrindən (xüsusilə, Rusiya və Ukrayna vətəndaşlarından) ünvanlanan müraciətlər üstünlük təşkil edib. Belə ki, hesabat rübü ərzində MDB ölkələrindən DSMF-yə 919 müraciət göndərilib.

Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti yerdə isə Тürkiyə Cümhuriyyəti gəlir. Qardaş ölkədən Fonda 61 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi üçün konkret tədbirlərin görülməsi ilə bağlıdır.

DSMF-yə daxil olan digər 61 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti