...

Bakıda Alman Dili Tədris Mərkəzinin 5 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Cəmiyyət Materials 30 Aprel 2014 13:37 (UTC +04:00)
Bu gün Bakıda Alman Dili Tədris Mərkəzinin 5 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel təhsil müssisəsi barədə geniş məlumat verib
Bakıda Alman Dili Tədris Mərkəzinin 5 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir S.Әhmədova/

Bu gün Bakıda Alman Dili Tədris Mərkəzinin 5 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel təhsil müssisəsi barədə geniş məlumat verib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən səfir qeyd edib ki, Alman Dili Tədris Mərkəzi dil kursları ilə yanaşı, həm də imtahan mərkəzidir. Mərkəzin sertifikatları bütün dünyada tanınır və Azərbaycan vətəndaşlarına Almaniyada oxumaq və yaşamaq hüququ verir.

Dil mərkəzi öz tələbələri və şagirdləri üçün bir sıra tədbirlər təşkil edir. Mərkəz alman dilini və mədəniyyətini, gündəlik həyat tərzini tələbələrə tədris edir.

Alman Dili Tədris Mərkəzi dünyada yaranmış bir neçə alman dili mərkəzinin şəbəkəsinə aiddir.

Səfir qeyd edib ki, Tədris Mərkəzində tələbələrin sayı gündən-günə artır və bu da göstərir ki, bu mərkəzdə çalışanlar ixtisaslaşmış müəllimlərdir.

Alman Dili Tədris Mərkəzi 2009-cu ilin fevral ayından Bakıda alman dilinin tədrisi ilə məşğuldur. Almaniyada təqaüdlə oxuyan tələbələrin arasında məhz bu mərkəzdə alman dilini öyrənənlərin və mükəmməlləşdirənlərin sayı çoxdur. Alman Dili Tədris Mərkəzi TestDAF-İmtahan mərkəzinin lisenziyasına malikdir və beləliklə TestDAF imtahan mərkəzi kimi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti