...

Azərbaycan teleməkanında yeni xidmətlər tətbiq ediləcək

Cəmiyyət Materials 1 May 2014 15:15 (UTC +04:00)
Azərbaycan teleməkanında bir sıra yeni xidmətlər göstəriləcək. Bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
Azərbaycan teleməkanında yeni xidmətlər tətbiq ediləcək

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan teleməkanında bir sıra yeni xidmətlər göstəriləcək. Bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmlinin sözlərinə görə, yeni xidmətlərin tətbiqi ölkədə rəqəmsal yayıma keçidin verdiyi bir çox yeni texnoloji imkanlar sayəsində mümkün olacaq.

MTRŞ sədri qeyd edib ki, bu xidmətlərin tətbiqinə başlanması zaman tələb edir: "Əvvəlcə analoq yayımı dayandıraq, ondan sonra tədricən bu məsələlər öz həllini tapacaq".

N.Məhərrəmli qeyd edib ki, bu xidmət "on demand" (tələbə görə) adlanır: "İnsanlar tutaq ki, hər hansı bir verilişi, filmi və ya hansısa maraqlı proqramı izləmək istəyir, amma həmin vaxt işdə olur və yaxud baxmağa vaxtı olmur. Belə olduğu halda həmin verilişi və ya oyunu əvvəlcədən sifariş edir və sonra vaxtı olanda baxır".

MTRŞ sədri qeyd edib ki, bu xidmətlər ödənişli əsaslarla müəyyən özəl qurumlar tərəfindən göstərilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti