...

Azərbaycan sinoptiklərindən istirahət günlərinin hava müjdəsi

Cəmiyyət Materials 2 May 2014 12:44 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-15, gündüz 20-24 dərəcə isti olacaq.
Azərbaycan sinoptiklərindən istirahət günlərinin hava müjdəsi

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda istirahət günləri hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, mayın 3-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə bəzi yerlərdə zəif duman olacaq. Gündüz hava əsasən yağmursuz keçəcək, lakin axşam tutqun olacaq, gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacaq. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-15, gündüz 20-24 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində mayın 3-də hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti proqnozlaşdırılır.

Bu cür hava şəraiti mayın 4-də də davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti