...

İlk Avropa Oyunları ilə əlaqədar Azərbaycanın telekommunikasiya infrastrukturunda dəqiq yoxlamalar aparılacaq

Cəmiyyət Materials 6 May 2014 11:38 (UTC +04:00)
Bu yaxınlarda Azərbaycanın telekommunikasiya infrastrukturunda dəqiq yoxlamalar aparılacaq.
İlk Avropa Oyunları ilə əlaqədar Azərbaycanın telekommunikasiya infrastrukturunda dəqiq yoxlamalar aparılacaq

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir H.Vəliyev/

Bu yaxınlarda Azərbaycanın telekommunikasiya infrastrukturunda dəqiq yoxlamalar aparılacaq. Trend-in məlumatına görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, bu istiqamətdə işlər 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında xidmət keyfiyyətinin artırılmasını nəzərdə tutur: "Biz xüsusi standartların tətbiqi ilə əlaqədar xidmətlərin yoxlanışını aparacaq bir sıra texnologiya şirkətlərinə müraciət etmişik. Yoxlamalar bir-iki ay ərzində həyata keçiriləcək və onların yekunları üzrə müvafiq ölçülər götürüləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti