...

Təhsil Nazirliyi ali məktəblərdə təşkil olunacaq "SABAH" qruplarına qəbul olmaq istəyən tələbələr üçün yenilikləri açıqladı

Cəmiyyət Materials 7 May 2014 15:57 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ali məktəblərdə təşkil olunacaq "SABAH" qruplarına qəbul olmaq istəyən tələbələr üçün bəzi yenilikləri açıqlayıb.
Təhsil Nazirliyi ali məktəblərdə təşkil olunacaq "SABAH" qruplarına qəbul olmaq istəyən tələbələr üçün yenilikləri açıqladı

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ali məktəblərdə təşkil olunacaq "SABAH" qruplarına qəbul olmaq istəyən tələbələr üçün bəzi yenilikləri açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 2014-2015-ci tədris ilindən başlayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində I kursda təhsil alan və təhsildə yüksək nəticələr göstərən tələbələrdən ibarət "SABAH" qruplarının yaradılmasına başlanır.

Ali təhsil sistemində yeni mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini təmin etmək məqsədi ilə yaradılan "SABAH" qrupları 5 ixtisas qrupuna - "Təhsil", "Humanitar və sosial", "İstisadiyyat və idarəetmə", "Təbiət" və "Texniki və texnoloji" - daxil olan 52 ixtisas üzrə təşkil ediləcək.

"SABAH" qruplarına qəbul iki mərhələdən ibarət müsabiqə ilə aparılacaq və onların tədris prosesi ixtisas qrupları üzrə 8 baza ali təhsil müəssisəsində təşkil olunacaq.

Cari ilin may ayında "SABAH" qruplarının internet saytı fəaliyyətə başlayacaq. Saytda "SABAH" qruplarına müsabiqə elan olunduqdan sonra sənədlərin qəbuluna başlanacaq. Qəbul qaydaları, müsabiqənin şərtləri və digər məsələlərlə bağlı ətraflı məlumatı tələbələr SABAH-ın internet saytından əldə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti