...

Ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar jurnalistlər arasında keçirilən müsabiqənin nəticələri açıqlanıb (FOTO)

Cəmiyyət Materials 10 May 2014 14:04 (UTC +04:00)
Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
Ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar  jurnalistlər arasında keçirilən müsabiqənin nəticələri açıqlanıb (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend/

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

Trend-in məlumatına görə, əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov açaraq müasir Azərbaycanın banisi Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb.

Qeyd edilib ki, tarixin sınağından böyük uğurla çıxmış Heydər Əliyev strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davanı etdirilməsi ölkəmizin gələcək sosial-iqtisadi inkişafına ən möhkəm zəmanətdir.

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş gənc əməkdaşlarına YAP-ın partiya biletləri təqdim olunub.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və digərləri ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı göstərdiyini vurğulayıblar.

Tədbir çərçivəsində, həmçinin ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə "Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır" mövzusunda jurnalistlər arasında keçirdiyi yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb. Iqtisadiyyat və Sənaye Nazirliyinin aidiyyəti qurumlarının, Azərbaycan Mətbuat Şurasının əməkdaşlarının və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə qeyd edilib ki, "Azərlotereya" ASC-nin dəstəyi ilə təşkil olunmuş müsabiqəyə ümumilikdə müxtəlif qəzet, sayt və agentliklərdə yerləşdirilmiş 37 məqalə və 3 televiziya süjeti təqdim olunub.

Müsabiqəyə təqdim edilmiş məqalə və süjetlər İqtisadiyyat və Sənaye Nazirliyində yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu müsabiqə komissiyası tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.

Tədbirdə qaliblər elan olunub, onlara diplom və hədiyyələr təqdim edilib. Ümümiyyətlə isə bütün müsabiqə iştirakçıları mükafatlandırılıb.

Trend İnformasiya Agentliyinin əməkdaşı, baş redaktorun iqtisadi məsələlər üzrə müavini İlahə Məmmədli "Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır" mövzusunda jurnalistlər arasında keçirilən yaradıcılıq müsabiqəsində 1-ci yerə layiq görülüb və diplomla təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti