...

Şəmkirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 13 May 2014 16:21 (UTC +04:00)
Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Şəmkirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend/

Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şəmkir və Gədəbəy rayonları ictimaiyyətinin nümayəndələri, habelə Qarabağ müharibəsi şəhidlərinin, hərbçi ailələrinin uşaqları, Gəncə Uşaq Evi, Gəncə SOS Uşaq Kəndi, Qovlar şəhər qarışıq tipli orta internat məktəbinin şagirdləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olub, ulu öndərin zəngin dövlətçilik irsi haqqında məlumatlar əldə ediblər. Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan ulu öndər Heydər Əliyev xalq qarşısında misilsiz xidmətləri olan dahi şəxsiyyətdir. Çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaq və bu irs heç zaman tükənməyəcək.

Sonra tədbir iştirakçılarına Heydər Əliyev Parkındakı və "Meqafun" Əyləncə Mərkəzindəki attraksionlardan pulsuz istifadə etmək imkanı yaradılıb, "Şəmburger" kafesində onlara əyləncəli proqram təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti