...

Səbail rayon İcra Hakimiyyəti yol qəzası barədə məsələyə aydınlıq gətirdi

Cəmiyyət Materials 13 May 2014 17:41 (UTC +04:00)
Səbail rayon İcra Hakimiyyəti bəzi mətbuat otrqanlarında Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev tərəfindən ölümlə nəticələnən qəza törədilməsi barədə verilən məlumatlara münasibət bildirib.
Səbail rayon İcra Hakimiyyəti yol qəzası barədə məsələyə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 13 may /Trend/

Səbail rayon İcra Hakimiyyəti bəzi mətbuat otrqanlarında Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev tərəfindən ölümlə nəticələnən qəza törədilməsi barədə verilən məlumatlara münasibət bildirib.

İcra Hakimiyyətindən Trend-ə daxil olan məlumatda bildirilir ki, bu məlumatlar yalandır və həqiqətə uyğun deyil. Qəza hadisəsini törədən şəxs saxlanılıb və hazırda istintaq aparılır.

Qeyd edək ki, bəzi mətbuat orqanlarında 2 nəfərin ağır yaralanmasına, 1 nəfərin isə ölümünə səbəb olan yol qəzasının Y.Allahverdiyev tərəfindən törədildiyi barədə məlumatlar yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti