...

Azərbaycanda əvvəlki illərin məzunları üçün I və IV qruplar üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlandı (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 20 May 2014 16:46 (UTC +04:00)
Azərbaycanda əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə mayın 18-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.
Azərbaycanda əvvəlki illərin məzunları üçün I və IV qruplar üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlandı (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə edilib (ilk xəbər saat 16:31-də yayılıb)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə mayın 18-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

İmtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 18 783 abituriyentdən 1227 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 17 556 abituriyentdən 60 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub, 1 nəfər cavab kartını təlimata zidd olaraq özü ilə aparıb, 2 nəfər isə cavab kartını bilərəkdən korlayıb. Həmin abituriyentlərin nəticələri ləğv edilib.

Ən yüksək nəticə I ixtisas qrupu üzrə 637 bal, IV ixtisas qrupu üzrə 644 bal olub. İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti