...

Bakı Şəhəri Təhsil İdarəsi Texniki Humanitar liseydə keçirilmiş monitorinqin nəticələrini ləğv edib

Cəmiyyət Materials 22 May 2014 14:58 (UTC +04:00)
Bakı Şəhəri Təhsil İdarəsi Texniki Humanitar liseydə şagirdlər üçün keçirilmiş monitorinqin nəticələrini ləğv edib.
Bakı Şəhəri Təhsil İdarəsi Texniki Humanitar liseydə keçirilmiş monitorinqin nəticələrini ləğv edib

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhəri Təhsil İdarəsi Texniki Humanitar liseydə şagirdlər üçün keçirilmiş monitorinqin nəticələrini ləğv edib.

İdarədən Trend-ə verilən məlumata görə, Texniki Humanitar liseydə keçirilmiş monitorinq valideynlər tərəfindən narazılıqla qarşılanıb və sualların proqrama uyğun tərtib edilməməsi bildirilib. Bu səbəbdən Bakı Şəhəri Təhsil İdarəsi tərəfindən suallar araşdırılıb və müəyyən sualların proqramdan kənar olması aşkarlanıb. İdarə monitorinqin nəticələrini ləğv edib.

Bu gün BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənli təhsil müəssisəsində olaraq bu qərarı pedaqoji kollektivin və valideynlərin diqqətinə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti