...

DİN azyaşlılar arasında cinayətkarlığın qarşısının alınması məqsədilə tədbir keçirib

Cəmiyyət Materials 22 May 2014 16:22 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində "Yetkinlik yaşına çatmayanlar və azyaşlılar arasında narkomanlığın, cinayətkarlığın və digər hüquqpozmaların qarşısının alınması sahəsində profilaktiki tədbirlərin gücləndirilməsi" mövzusunda orta məktəb müəllimlərinin, psixoloqların və şagirdlərin iştirakı ilə "dəyirmi masa" keçirilib.
DİN azyaşlılar arasında cinayətkarlığın qarşısının alınması məqsədilə tədbir keçirib

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində "Yetkinlik yaşına çatmayanlar və azyaşlılar arasında narkomanlığın, cinayətkarlığın və digər hüquqpozmaların qarşısının alınması sahəsində profilaktiki tədbirlərin gücləndirilməsi" mövzusunda orta məktəb müəllimlərinin, psixoloqların və şagirdlərin iştirakı ilə "dəyirmi masa" keçirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, öncə Mərkəzin muzey bölümündə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxış keçirilib.

Sonra tədbiri giriş sözü ilə açan DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazov ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"ın tələb və prinsiplərini izah edib, bəşəri problem olan bu növ qanunazidd əməllərlə mübarizədə hər bir gəncin, yeniyetmənin fəal mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

"Dəyirmi masa"da Yasamal rayon Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Şöbəsinin rəisi İlahə Əsədova, Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov və digər şəxslər yetkinlik yaşına çatmayanların və gənclərin mənəvi-əxlaqi tərbiyəsi, ölkəmizin ictimai-mədəni həyatındakı fəal iştirakı, dövlət tərəfindən onların sağlamlıqlarının qorunması, fiziki inkişafı, istedadlı gənclərin üzə çıxarılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat veriblər.

Tədbirdə azyaşlıların məişət zorakılığının qurbanı olmaları, erkən nikahlara sövq edilmələri, hətta hüquqazidd əməllər törətmələri, cinayətin qurbanlarına çevrilmələri hallarına hələ də rast gəlindiyi təəssüflə bildirilib, belə halların qarşısının alınması üçün dövlət qurumlarının, valideynlərin və ictimaiyyət nümayəndələrinin birgə səylərinin əhəmiyyəti xüsusi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti