...

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 35 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 27 May 2014 13:06 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 35 dərəcəyə kimi yüksələcək.
Azərbaycanın bəzi yerlərində havanın temperaturu 35 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 35 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, mayın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti gün ərzində dəyişkən buludlu olacaq, arabir tutulacaq. Yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz mülayim çənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-21, gündüz 24-29 dərəcə isti olacaq.

Mayın 28-də Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda bəzi yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti