...

Bu il Azərbaycanda 439 nəfər qidadan zəhərlənib

Cəmiyyət Materials 13 İyun 2014 12:01 (UTC +04:00)
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 439 nəfər qidadan zəhərlənib.
Bu il Azərbaycanda 439 nəfər qidadan zəhərlənib

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 439 nəfər qidadan zəhərlənib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, bu müddətdə Azərbaycanda əhali arasında 395 qida zəhərlənməsi hadisəsi baş verib. Hadisələrdən 19-u botulizm olub. Bu hadisələr nəticəsində 13 nəfər zəhərlənib. Bu il (aprel ayında) Ağcabədidə 1 nəfər ev şəraitində hazırlanmış pomidor turşusundan zəhərlənərək dünyasını dəyişib.

Yalnız bu ilin may ayı ərzində 99 qida zəhərlənməsi hadisəsi baş verib. Bu hadisələr nəticəsində 108 nəfər qidadan zəhərlənib.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 1278 qida zəhərlənməsi hadisəsi baş verib. Bu hadisələr nəticəsində 1525 nəfər qidadan zəhərlənib. Azərbaycanda 2012-ci illə müqayisədə ötən il baş verən qida zəhərlənmələrinin və ondan zərər çəkənlərin sayı artıb. 2012-ci ildə isə Azərbaycanda 1193 qida zəhərlənməsi baş verib. Bu hadisələr nəticəsində 1466 nəfər zəhərlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti