...

Bakının bir hissəsinin su təchizatında məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 1 İyul 2014 10:35 (UTC +04:00)
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Bakının bir hissəsinin su təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Bakının bir hissəsinin su təchizatında məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu Natiq Əliyev küçəsindən keçən 500 mm diametrli magistral su xəttində təmir işlərinin aparılması ilə əlaqədar 01 iyul 2014-cü il tarixdə gün ərzində Babək prospekti, N.Rəfiyev, N.Əliyev küçələrinə və "Qara şəhər" ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti