...

Moskva Dövlət Universitetinin Bakı filialı 2014/2015-ci tədris ili üçün tələbə qəbulu elan edir

Cəmiyyət Materials 8 İyul 2014 18:42 (UTC +04:00)
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı şəhərindəki filialı 2014/2015-ci tədris ili üçün tələbə (bakalavr dərəcəsi, rus dili) qəbulu elan edir.
Moskva Dövlət Universitetinin Bakı filialı 2014/2015-ci tədris ili üçün tələbə qəbulu elan edir

Azərbaycan, Bakı, 8 iyul /Trend/

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı şəhərindəki filialı 2014/2015-ci tədris ili üçün tələbə (bakalavr dərəcəsi, rus dili) qəbulu elan edir.

Trend-in məlumatına görə, tələbə qəbulu aşağıdakı ixtisaslar üzrə aparılacaq: filologiya ixtisası üzrə 30 plan yeri (rus filologiyası bölməsi - 10, xarici filologiya bölməsi (fransız və ispan) - 20); riyaziyyat və kompüter elmləri üzrə 25 plan yeri; kimya ixtisası üzrə 25 plan yeri; psixologiya ixtisası üzrə 25 plan yeri, iqtisadiyyat üzrə 13; menecment üzrə 12.

Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil pulsuzdur.

MDU-nun qəbul komissiyasının təşkil etdiyi qəbul imtahanlarında TQDK-nın test imtahanlarında 300 və daha çox bal toplamış abituriyentlər iştirak edə bilərlər.

Qəbul imtahanları aşağıdakı fənlər üzrə keçiriləcək:

1. Filologiya fakültəsi:
a) rus filologiyası:
rus dili (yazılı)
ədəbiyyat (yazılı)
xarici dil (müsahibə)
b) xarici filologiya:
rus dili (yazılı)
ədəbiyyat (yazılı)
xarici dil (yazılı)
2. Tətbiqi riyaziyyat fakültəsi:
rus dili (yazılı)
riyaziyyat (yazılı)
informatika və İKT (müsahibə)
3. Kimya fakültəsi:
rus dili (yazılı)
riyaziyyat (yazılı)
kimya (yazılı)
4. Psixologiya fakültəsi:
rus dili (yazılı)
biologiya (yazılı)
riyaziyyat (müsahibə)
5. İqtisadiyyat fakültəsi:
rus dili (yazılı)
riyaziyyat (yazılı)
xarici dil (yazılı)

Qəbul MDU-nun yaratdığı qəbul komissiyanın keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən aparılacaq.

Qəbul imtahanlarında iştirak etmək arzusunda olanlar qəbul komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. TQDK-da qəbul imtahanının birinci turunun nəticələri (şəxsi nömrə və şifrə)
2. Orta təhsil haqqında sənəd (attestat, əsli)
3. Şəxsiyyət vəsiqəsinin surəti ( sənədləri verəndə orijinalı təqdim olunur)
4. Gənc oğlanlar üçün orduya çağırış məntəqəsinə təhkim edilmək haqqında vəsiqə
5. 3x4 santimetr formatında 4 fotoşəkil

M.V.Lomonosov adına MDU-nun filialına müsabiqə yolu ilə keçə bilməyən abituriyentlər TQDK-nın başqa ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqəsində iştirak edə bilərlər.

Filialın təhsil fəaliyyəti M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə həyata keçirilir.

Məşğələlər əsasən M.V.Lomonosov adına MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır.

Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu veriləcək.

Qəbul imtahanlarında iştirak etmək üçün sənədlər 2014-cü il iyulun 15-dən 28-nə qədər saat 10-dan 18-dək qəbul ediləcək.

Qəbul imtahanları 2014-cü il iyulun 29-dan avqustun 3-nə qədər keçiriləcək. Ünvan: Bakı şəhəri, H.Cavid prospekti 133 (metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında); əlaqə telefonları: (+99412) 510 96 08, (+99412) 598 93 19

Məqalədə:
Xəbər lenti

Xəbər lenti