...

ƏƏSMN daha 100 nəfər müharibə əlilinə minik avtomobilləri təqdim edib

Cəmiyyət Materials 16 İyul 2014 12:47 (UTC +04:00)
Ümumilikdə, son 3 ay yarım ərzində avtomobillə təmin olunanların sayı 1100 nəfərə çatıb.
ƏƏSMN daha 100 nəfər müharibə əlilinə minik avtomobilləri təqdim edib

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 aprel 2014-cü il tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, iyulun 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 100 nəfər 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxs "Naz-Lifan" markalı minik avtomobili ilə təmin edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 52 nəfəri Böyük Vətən müharibəsi əlili, 5 nəfəri Çernobıl AES əlili, qalanları isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır.

Avtomobillərin təqdim olunması zamanı qeyd olunub ki, Azərbaycan Prezidentinin 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, ƏƏSMN tərəfindən cari ilin aprel-may aylarında 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə minik avtomobili verilib. Bununla da cari ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə tam təminatına nail olunub.

Ötən aydan etibarən Azərbaycan Respublikası Prezidentinin "1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 30 aprel 2014-cü il tarixli Sərəncamının icrasına başlanılıb. 2014-cü ilədək növbədə dayanmış Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən bu gün verilən avtomobillər də daxil olmaqla artıq 423 nəfərinin avtomobillə təminatı həyata keçirilib və belə şəxslərin avtomobillə tam təminatının gələn ay başa çatdırılması planlaşdırılır.

Ümumilikdə, son 3 ay yarım ərzində avtomobillə təmin olunanların sayı 1100 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti