...

Nizami rayonunda iftar süfrəsi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 17 İyul 2014 18:01 (UTC +04:00)
Nizami rayonunda Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.
Nizami rayonunda iftar süfrəsi təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Nizami rayonunda Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.

Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Ramazan ayı insanlara əxlaqi saflıq, xeyirxah niyyətlər aşılayır. Bu səbəbdən də, ayın mənəvi zənginlikləri Azərbaycan xalqı tərəfindən əziz tutulur: "Xalqımız daim xeyirxah niyyətlər ardınca gedib, böyük mədəniyyət yaradıb, qədim sivilizasiyaya zəngin mənəvi dəyərlər bəxş edib".

Deputat qeyd edib ki, hər bir xalqın mənəvi yüksəlişi onun əsrlər boyu formalaşdırdığı milli və mənəvi dəyərlərə bağlılığı ilə ölçülür: "Buna görədir ki, ölkəmizdə dini və mənəvi dəyərlərin qorunub yaşadılmasına, eləcə də İslamın müqəddəs ayin və mərasimlərinin qeyd edilməsinə xüsusi diqqət yetirilir. Oruc tutan hər bir müsəlman dinimiz qarşısında öz borcunu yerinə yetirir. Ramazan ayında tutulan oruc insanın paklığına, iman və iradəsinin saflaşmasına xidmət edir".
Sədaqət Vəliyeva bildirib ki, Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır.

Mərasimdə həmçinin, qəbul imtahanlarında 700 bal toplamış rayonun abituriyentləri də uğur münasibətilə təbrik edilib. Onlara uğurlar arzulanıb və partiyanın xatirə hədiyyələri verilib.

Abituriyentlər və onların valideynləri də öz növbələrində yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra 350 nəfərədək insanın iştirak etdiyi mərasimdə Qurani-Kərimdən ayələr oxunub, dualar səslənib, süfrə açılıb.

Mərasimdən sonra YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçiciləri ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti