...

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlandı

Cəmiyyət Materials 27 İyul 2014 21:22 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 27-də 2014/2015-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib.
Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlandı

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 27-də 2014/2015-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib.

Komissiyadan Trend-ə verilən məlumata görə, TQDK həmçinin iyulun 26-da Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının I mərhələsini, iyulun 27-də isə II mərhələsini keçirib.

İmtahan nəticələri elə həmin gün - iyulun 27-də saat 20:00-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib.

Hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri barədə məlumatı mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1014 nəfər namizəddən 37 nəfəri imtahana gəlməyib. 818 namizəd müsabiqə şərtini (50 və daha yüksək bal) ödəyərək ixtisas seçiminə buraxılıb. Ən yüksək nəticə 91 bal olub.

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 30-dan (saat 10:00-dan) avqustun 1-dək (saat 23:59-dək) aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti