...

Müdafiə Nazirliyində jurnalistlərin akkreditasiyasına başlanması nəzərdən keçirilir

Cəmiyyət Materials 4 Sentyabr 2014 10:38 (UTC +04:00)
Akkreditə qaydalarının tətbiqi, hərbi mövzuda ixtisaslaşan jurnalistlər üçün seminarların, hərbi hissələrə səfərlərin təşkili, mətbuat konfranslarının keçirilməsi və digər fəaliyyətlər Müdafiə Nazirliyinin diqqət mərkəzindədir.
Müdafiə Nazirliyində jurnalistlərin akkreditasiyasına başlanması nəzərdən keçirilir

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İlkin İzzət/

Akkreditə qaydalarının tətbiqi, hərbi mövzuda ixtisaslaşan jurnalistlər üçün seminarların, hərbi hissələrə səfərlərin təşkili, mətbuat konfranslarının keçirilməsi və digər fəaliyyətlər Müdafiə Nazirliyinin diqqət mərkəzindədir. Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı deyib.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, son dövrlərdə Müdafiə Nazirliyi ilə kütləvi informasiya vasitələri arasında əlaqələr xeyli genişləni: "Nazirliyin rəhbərliyi mətbuatla münasibətlərin dövlət sirlərinin qorunmasını təmin etməklə qarşılıqlı anlaşma, şəffaflıq və dəqiqlik prinsipləri əsasında qurulmasını qarşımızda prioritet vəzifə kimi qoyub. Rəsmi internet səhifəmizdə hər gün bir neçə dəfə Silahlı Qüvvələrin fəaliyyəti barədə informasiyalar yayılır".

V.Dərgahlı əmin edib ki, Müdafiə Nazirliyi bundan sonra da media ilə qarşılıqlı münasibətlərini Ordumuzun daha da güclənməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində quracaq və bütün gücünü səfərbər edəcək ki, ölkəmizin ərazi bütövlüyü təmin edilsin: "Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının bu yaxınlarda keçirilən görüşü, deputatlar, ictimaiyyət və media nümayəndələrinin cəbhəyə səfərləri kimi tədbirlər bundan sonra da davam edəcək və əməkdaşlığımız daha da genişlənəcəkdir. Sentyabrın 1-də şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunu başa vuran bir qrup hərbi qulluqçunun ilk buraxılışı olub. Bu zabitlər kütləvi informasiya vasitələri ilə necə işləmək və münasibətləri hansı formada qurmaq mövzusunda da bilik və təcrübəyə yiyələniblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti