...

Ermənistan aviaşirkəti borc üzündən Rusiyaya uçuşlar təşkil edə bilməyəcək

Cəmiyyət Materials 11 Sentyabr 2014 15:18 (UTC +04:00)
"Hava hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" Federal Dövlət unitar müəssisəsi bu il sentyabrın 21-dən Rusiyanın hava məkanında Ermənistanın "Air Armenia" aviaşirkətinə aeronaviqasiya xidmətini göstərməyi dayandırır.
Ermənistan aviaşirkəti borc üzündən Rusiyaya uçuşlar təşkil edə bilməyəcək

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

"Hava hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" Federal Dövlət unitar müəssisəsi bu il sentyabrın 21-dən Rusiyanın hava məkanında Ermənistanın "Air Armenia" aviaşirkətinə aeronaviqasiya xidmətini göstərməyi dayandırır. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

Məlumata görə, Rusiya müəssisəsi uzun müddətdir Ermənistan aviaşirkətinə göstərilən xidmət üzrə borcların ödəniş müddətini uzatmasına baxmayaraq, qarşı tərəf bu imkandan istifadə etməyib.

"Air Armenia"nın Rusiya provayderinə hava naviqasiyası xidmətlərinə görə borcu 400 min dollardan çoxdur, cari borc isə 700 min dollardan çox təşkil edir.

Buna görə də Rusiya provayderi yalnız borcların ödənilməsindən sonra Ermənistan aviaşirkətinə ölkənin hava məkanında bu xidmətlərdən istifadə etməyə icazə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti