...

Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinə gedən zəvvarların səfər qrafikini açıqladı

Cəmiyyət Materials 18 Sentyabr 2014 14:37 (UTC +04:00)
Hər il olduğu kimi, bu il də Azərbaycan zəvvarları bir neçə gündən sonra müqəddəs yerlərə Həcc ziyarətinə yola düşəcəklər.
Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinə gedən zəvvarların səfər qrafikini açıqladı

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/

Hər il olduğu kimi, bu il də Azərbaycan zəvvarları bir neçə gündən sonra müqəddəs yerlərə Həcc ziyarətinə yola düşəcəklər. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ilk reys sentyabrın 23-dən 24-ə keçən gecə, saat 01.40 dəqiqədə həyata keçiriləcək.

Artıq Səudiyyə Ərəbistanında zəvvarlarımızın bütün təşkilati məsələləri həll olunub. Məkkə və Mədinə səfərlərində həmişə olduğu kimi, bu il də bina və otellər icarəyə götürülmüş, zəvvarlarımızın nəqliyyatla, gündə iki dəfə yeməklə, mehmanxana və binalarda 24 saat ərzində isti çayla təminatı məsələləri həll olunub.

Ziyarətə gediş reysləri yalnız hava yolu ilə Səudiyyə Ərəbistanına məxsus "Nas" milli aviaşirkəti tərəfindən Bakı-Ciddə marşurutu üzrə, qayıdış reysləri isə Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarələrlə həyata keçiriləcək.

Gediş 23-28 sentyabr, qayıdış isə 11-15 oktyabr tarixlərində nəzərdə tutulub.

Bu il Həcc ziyarətinə təxminən 3600 zəvvar yola düşəcəkdir. Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti