...

Azərbaycan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakim axtarır

Cəmiyyət Materials 26 Sentyabr 2014 15:59 (UTC +04:00)
Azərbaycanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakim seçiminə başlanılıb.
Azərbaycan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakim axtarır

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakim seçiminə başlanılıb.

Məhkəmə-Hüquq Şurasından Trend-ə bildiriblər ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasına münasibətdə hakimin seçilməsi məqsədi ilə Şura ölkəmizdə fəaliyyət göstərən hakim assosiasiyalarını, Vəkillər Kollegiyasını, qeyri-hökumət təşkilatlarını və digər qurumları bu vəzifəyə namizəd irəli sürməyə dəvət edir.

Namizədlər fərdi qaydada da, yəni şəxsən də irəli sürülə bilər.

Namizədlər hüquqşünas olmalı, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə malik olmalı, Avropa Şurasının rəsmi dillərindən birini (ingilis və ya fransız) sərbəst, digərini isə kafi səviyyədə bilməlidirlər.

Məhkəmə-Hüquq Şurasına namizədlər barədə məlumat 2014-cü il oktyabrın 15-dək təqdim edilməlidir.

Namizədliyin irəli sürülməsi barədə müraciət şəxsən, poçt, yaxud Şuranın internet səhifəsi vasitəsilə (www.jlc.gov.az) elektron qaydada edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti