• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Şeyxülislam Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib

2 Oktyabr 2014 11:13 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik ünvanlayıb.

QMİD-dən Trend-ə verilən məlumata görə, təbrikdə Allahşükür Paşazadə Qurban bayramının insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət etdiyini deyib: "Bismillahir-rəhmanir-rəhim! Əziz müsəlman bacı və qardaşlarım, möhtərəm həmvətənlərim! Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün kəsilən qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını diləyirəm.İslam aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha--Qurban bayramı Peygəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir".

Təbrikdə bildirilir ki, islami dəyərlərə sahib duran dövlətimizin qayğısı sayəsində bizə bu mübarək məqamı 2 gün bayram etmək səadəti nəsib olmuşdur. Bu əziz gündə həm müqqədəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində dualar edən Azərbaycan müsəlmanları ulu öndər Heydər Əliyev həzrətlərinin ruhu ücün rəhmət diləyir, onun müdrik yolunun davamçısı prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar.

Bu münəvvər gündə Şeyxülislam olaraq bütün dualarım Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız doğma Qarabağ torpaqlarımızın azadlığıdır: "Bu əziz gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik. Valideynlər, doğmalarla yanaşı qaçqın, köçkün, kimsəziz soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, onun sevincini ehtiyacı olanlarla paylaşmaq Allaha xoş gedən savab əməllərdəndir. Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın Nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Qoy həmvətənlərimin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Qoy müsəlman ümmətinin böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala qurbanlarımızı və dualarımızı qəbul etsin! Amin!

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!"

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • təbrik
Azernews Newspaper
Digər xəbərlər
Allahşükür Paşazadə Ramazan bayramı münasibəti ilə xalqı təbrik edib
Cəmiyyət 23 İyun 2017 13:12
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
Siyasət 4 Aprel 2017 15:30
Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir
Siyasət 30 Mart 2017 18:11
Dmitri Medvedev İlham Əliyevi təbrik edib
Siyasət 24 Dekabr 2016 13:52
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Siyasət 22 Dekabr 2016 21:02
İlham Əliyev Avstriya və İsveçrə prezidentlərini təbrik edib
Siyasət 14 Dekabr 2016 17:23
Prezident İlham Əliyev: ABŞ Donald Trampın rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə töhfə verəcək
Siyasət 9 Noyabr 2016 15:55
Şeyxülislam Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib
Cəmiyyət 10 Sentyabr 2016 12:09
İlham Əliyev: Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan-ABŞ əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə çatıb
Siyasət 3 Avqust 2016 18:27
Allahşükür Paşazadə Ramazan bayramı münasibəti ilə xalqı təbrik edib
Cəmiyyət 5 İyul 2016 11:19
İlham Əliyev Niderland Kralını və CAR Prezidentini təbrik edib
Siyasət 26 Aprel 2016 18:20
İlham Əliyev Tunis Prezidentini təbrik edib
Siyasət 19 Mart 2016 17:15
Zakir Həsənov: Düşmən cavab atəşləri ilə susdurulur
Dağlıq Qarabağ Münaqişəsi 17 Mart 2016 17:36
Allahşükür Paşazadə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Cəmiyyət 17 Mart 2016 16:42
Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Siyasət 16 Mart 2016 18:47
Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
Siyasət 4 Mart 2016 18:07
İlham Əliyev Dominikan Respublikasının Prezidentini təbrik edib
Siyasət 27 Fevral 2016 16:40
İlham Əliyev Estoniya Prezidentini təbrik edib
Siyasət 23 Fevral 2016 18:06
Ən çox oxunanlar
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Nazir: Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçməyə hazırdır (ÖZƏL)
Prezident İlham Əliyevin Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb
Əhalinin banklarda 7.7 milyard manatdan artıq pulu var
Nəzər nöqtəsi
Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb

Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb

Zakir Nuriyev: Azərbaycanda banklar əhalinin xarici valyutaya olan tələbatını tam təmin edir
Ramiz Mehdiyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi
Ombudsman Aparatının rəhbəri: ATƏT DTİHB, ATƏT PA və AŞ PA müşahidə missiyasının ilkin hesabatı obyektiv reallığı əks etdirmir
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter