...

Moskvada üzgüçülük üzrə dünya kubokunun növbəti mərhələsi keçirilir

Cəmiyyət Materials 2 Oktyabr 2014 14:51 (UTC +04:00)
Moskvada FİNA-nın təqvim planına uyğun olaraq üzgüçülük üzrə dünya kubokunun növbəti mərhələsi keçirilir.
Moskvada üzgüçülük üzrə dünya kubokunun növbəti mərhələsi keçirilir

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Moskvada FİNA-nın təqvim planına uyğun olaraq üzgüçülük üzrə dünya kubokunun növbəti mərhələsi keçirilir. Ölkəmiz bu yarışa 4 üzgüçü ilə qatılacaq. Bu barədə Trend-ə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən məlumat veriblər.

Oktyabrın 3-4-də təşkil olunacaq turnirdə Qriqoriy Kalinski, İvan Andreano, Anton Jeltukov və Anna Mançenkova öz qüvvələrini sınayacaqlar. Azərbaycanın üzgüçülük üzrə milli komandasının baş məşqçisi Rəşad Əbdulrəhmanovun sözlərinə görə, yarışlara yetərincə güclü idmançılar qatılır: "Bizim komandamız bu tərkibdə ilk dəfədir ki, dünya kubokunun mərhələ yarışlarına qatılır. Təbii ki, məqsədimiz idmançılarımızın ilkin hazırlıqlarını bir daha sınaqdan keçirməkdir. Belə mötəbər yarışlarda yalnız nəticə gözləmirik. Məqsədimiz "Bakı 2015" ilk Avropa Oyunlarına güclü idmançıların hazırlanmasıdır".

Azərbaycan millisi artıq Moskvadadır və hazırlıqlarını davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti