...

Gəncə gölündə möcüzə (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2014 10:29 (UTC +04:00)
7 hektar ərazidə yaradılmış əfsanəvi “Gəncə gölü” 4000 yaşlı qədim Gəncənin tarixinə qızıl hərflərlə həkk olunub.
Gəncə gölündə möcüzə (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

7 hektar ərazidə yaradılmış əfsanəvi "Gəncə gölü" 4000 yaşlı qədim Gəncənin tarixinə qızıl hərflərlə həkk olunub.

Trend-in məlumatına görə, Şeyx Nizami yurdunun bəzəyinə çevrilən möhtəşəm Heydər Əliyev Park-Kompleksində yaradılmış süni göldə üzən balıqlar gölə daha da yaraşıq verir. 4 ay bundan əvvəl gölə müxtəlif növ balıqlar buraxılıb.

Artıq balıqlar böyüyüb və möcüzəli Heydər Əliyev Park-Kompleksinə gəzintiyə gələnlər tərəfindən maraqla izlənilir. Gölə salınmış balıqlardan Koi, böyük bir akvarium balığıdır. İlk Yaponiyada evcilləşdirilən koinin yabanı atası Karpdır. Koi- Karp balıqları nəslindəndir, lakin onun kimi yaşıl deyil. Əksinə al-əlvan qırmızı, ağ, qara və ya gümüşü olurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti