...

Qurban bayramı günləri Azərbaycanda qeyri-sabit, yağışlı hava şəraiti üstünlük təşkil edəcək

Cəmiyyət Materials 3 Oktyabr 2014 13:17 (UTC +04:00)
Qurban bayramı günləri Azərbaycanda qeyri-sabit, yağışlı hava şəraiti üstünlük təşkil edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Qurban bayramı günləri Azərbaycanda qeyri-sabit, yağışlı hava şəraiti üstünlük təşkil edəcək

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Qurban bayramı günləri Azərbaycanda qeyri-sabit, yağışlı hava şəraiti üstünlük təşkil edəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, oktyabrın 4-dən 7-nə kimi Azərbaycan ərazisində hava şəraitinin əsasən buludlu və yağmurlu olacağı proqnozlaşdırılır.

Oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər saatlarında bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 12-14, gündüz 17-22 dərəcə isti olacaq.

Azərbaycanın bəzi bölgələrində oktyabrın 4-də yağış yağacaq, əsasən Lənkəran-Astara zonasında intensivləşəcək. Qərb küləyi əsəcək.

Aran rayonlarında oktyabrın 4-də havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti