...

Azərbaycan Səhiyyə Nazirliyi Avropa Oyunlarında tibbi xidmət göstərmək üçün könüllüləri əməkdaşlığa dəvət edir

Cəmiyyət Materials 3 Oktyabr 2014 13:22 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Bakı 2015 I Avropa Oyunlarına tibb işçilərinin cəlb olunması üçün işlərə başlayıb.
Azərbaycan Səhiyyə Nazirliyi Avropa Oyunlarında tibbi xidmət göstərmək üçün könüllüləri əməkdaşlığa dəvət edir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Bakı 2015 I Avropa Oyunlarına tibb işçilərinin cəlb olunması üçün işlərə başlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 2015-ci ilin iyun ayında paytaxt Bakıda keçiriləcək I Avropa Oyunlarında dünyanın 7000-dən çox yüksək dərəcəli idmançısı iştirak edəcək.

Qonaqlar bu yarışmada iştirak üçün 20 günə yaxın müddət ərzində ölkəmizdə olacaqlar. İştirakçılara və xarici qonaqlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi könüllüləri əməkdaşlıq üçün dəvət edir.

Könüllü tibb işçisi qismində iştirak etmək istəyən şəxslərin ali tibbi təhsili (terapevt, fizioterapevt, kardioloq, travmatoloq-ortoped və s. ixtisaslar üzrə), yaşı 25 - 45 arasında olmalıdır. Seçim zamanı xarici dilləri bilən şəxslərə üstünlük veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti