...

Nobel Mükafatı laureatı professor Kurt Vütrix Bakı Ali Neft Məktəbində olub (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2014 18:00 (UTC +04:00)
Oktyabr ayının 3-də IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı professor Kurt Vütrix Bakı Ali Neft Məktəbində tələbələrlə görüşüb.
Nobel Mükafatı laureatı professor Kurt Vütrix Bakı Ali Neft Məktəbində olub (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Oktyabr ayının 3-də IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı professor Kurt Vütrix Bakı Ali Neft Məktəbində tələbələrlə görüşüb.

Ali məktəbdən Trend-ə verilən məlumata görə, tədbiri açan rektor Elmar Qasımov IV Bakı Humanitar Forumunun keçirilməsinin və onun işində dünyanın nüfuzlu siyasətçilərinin və elm xadimlərinin iştirak etməsini ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının təzahürü kimi qiymətləndirib, məşhur alim, 2002-ci ildə kimya üzrə Nobel mükafatının laureatı olmuş isveçrəli professor K.Vütrixin Bakı Ali Neft Məktəbinə təşrif buyurmasından kollektivin şərəf hissi keçirdiyini bildirib. Rektor professor K.Vütrixin həyat yolu və elmi fəaliyyəti haqqında tələbələri məlumatlandırıb, qonağa Bakı Ali Neft Məktəbinin yaranma tarixi, fəaliyyətinin məqsədləri və son 3 ildə əldə etdiyi nailiyyətlər haqqında danışıb.

Professor K.Vütrix Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrinin sırasında layiqli yer tutduğunu vurğulayıb, Azərbaycanda və ölkənin müasir tipli ali təhsil müəssisəsində olmağından məmnunluq hissləri keçirdiyini, özünün eyni zamanda Sürix Mühəndislik, Elm, Texnologiya, Riyaziyyat və Menecment Universitetində (İsveçrə) və Skripps adına Kaliforniya Elmi Tədqiqat İnstitutunda (ABŞ) çalışdığını bildirib, tələbələrə elmi fəaliyyətinin əsas istiqamətləri olan biologiya, biofizika, elektron paramaqnit rezonans spektroskopiyası üzrə tədqiqatlar haqqında məlumat verib, onların çoxsaylı suallarını cavablandırıb.

Görüşün sonunda qonağa Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" diplomu təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti