...

Latviyada parlament seçkilərində səsvermə başa çatıb

Cəmiyyət Materials 5 Oktyabr 2014 00:41 (UTC +04:00)
Latviyada respublika seyminə (parlament) seçkilərdə yerli vaxtla saat 20:00-də səsvermə başa çatıb. Səsvermə başa çatdıqdan sonra səslərin sayılmasına başlanılıb.
Latviyada parlament seçkilərində səsvermə başa çatıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Latviyada respublika seyminə (parlament) seçkilərdə yerli vaxtla saat 20:00-də səsvermə başa çatıb. Səsvermə başa çatdıqdan sonra səslərin sayılmasına başlanılıb.Trend TASS agentliyinə istinadən bu barədə məlumat verir.

Ölkənin Mərkəzi seçki komissiyası (MSK) ilkin nəticələri gecə yarısına yaxın dərc etməyə başlayacaq. Səslərin hesablanması bazar günü başa çatdırmağa planlaşdırılır.

MSK həmin gün xüsusi mətbuat konfransında ilkin nəticələrini elan edəcək. MSK seçkilərin yekun nəticələrini və seymə seçilmiş deputatların siyahısını ümumiləşdirərək seçkilərdən sonra üç həftə ərzində bildirəcək.

Xəbər lenti

Xəbər lenti