...

Azərbaycan ərazisində hava yağmurlu və küləkli olacaq

Cəmiyyət Materials 5 Oktyabr 2014 14:44 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində hava yağmurlu və küləkli olacaq.
Azərbaycan ərazisində hava yağmurlu və küləkli olacaq

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Sabah Azərbaycan ərazisində hava yağmurlu və küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, oktyabrın 6-da Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal -qərb küləyi əsəcək, gündüz 9-14 m/s, axşam arabir 18 m/s olacaq.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 13-15° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Azərbaycanın bəzi bölgələrində oktyabrın 6-da hava yağmurlu olacaq.Qərb küləyi arabir güclənəcək. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperatur gecə 10-14°, gündüz 16-20° isti olacağı gözlənilir. Dağlarda havanın temperaturu gecə 2-7°, gündüz 7-12° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti