...

Azərbaycan zəvvarlarından xəbər var

Cəmiyyət Materials 7 Oktyabr 2014 12:00 (UTC +04:00)
Həcc ziyarətinə gedən Azərbaycan zəvvarları dünən bütün Həcc əməllərini yerinə yetiriblər.
Azərbaycan zəvvarlarından xəbər var

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Həcc ziyarətinə gedən Azərbaycan zəvvarları dünən bütün Həcc əməllərini yerinə yetiriblər. Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Onun sözlərinə görə, sabah Azərbaycandan gedən zəvvarların ilk hissəsi Mədinəyə yola düşəcəklər.

Qeyd edək ki, Azərbaycan zəvvarları 67 qrupdan ibarətdir və onlar 5 hissəyə bölünüblər.

R.Dadaşova bildirib ki, Azərbaycan zəvvarlarının səhhətində ciddi problem yoxdur, adi soyuqdəymələr qeydə alınıb.

Xatırladaq ki, bu il Həcc ziyarətinə təxminən 3600 zəvvar yola düşüb. Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edir.

Onların Vətənə dönüşü oktyabrın 11-15 tarixlərində nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti