...

Azərbaycanda bu il 419 milyon ədəd balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılıb

Cəmiyyət Materials 9 Oktyabr 2014 01:37 (UTC +04:00)
2014-cü ilin 9 ayı ərzində su bioloji resurslarının artırılması sahəsində 419 milyon ədəd balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılmışdır.
Azərbaycanda bu il 419 milyon ədəd balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

2014-cü ilin 9 ayı ərzində su bioloji resurslarının artırılması sahəsində 419 milyon ədəd balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılmışdır. Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bunlardan 6,2 milyon ədədi - nərə cinsli, 172 mini isə qiymətli qızıl balıq körpələri olub. "Xəzərin bioresurslarının bərpası istiqamətində də işlər aparılır. Hazırda müasir Xıllı nərə balıqartırma zavodunda süni yetişdirilmiş 5000-dən artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqdan ibarət bərpa-törədici fond yaradılmışdır. 2013-cü ildə Azərbaycanda ilk dəfə olaraq burada süni yetişdirilmiş ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilmişdir. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır".

H.Bağırov, həmçinin deyib ki, Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna daxilolmalar son 10 ildə 14 dəfə artaraq 2013-cü ildə 3 milyon 232 min manata çatmışdır. 2014-cü ildə bu rəqəm 1 milyon 150 min manat da artmışdır.

Xəbər lenti

Xəbər lenti