...

Azərbaycan vətəndaşlarının xaricdə işə düzəldilmələri ilə bağlı reklamların verilməsi məhdudlaşdırılır

Cəmiyyət Materials 9 Oktyabr 2014 15:31 (UTC +04:00)
Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələri ilə bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyəti göstərmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə biləcəklər.
Azərbaycan vətəndaşlarının xaricdə işə düzəldilmələri ilə bağlı reklamların verilməsi məhdudlaşdırılır

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələri ilə bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyəti göstərmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə biləcəklər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı "Reklam haqqında" qanuna dəyişikliklər edilib. Sözügedən qanuna dəyişikliklər edilməsi barədə layihə Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə daxil olub.

Qeyd edək ki, Azərbaycanda fiziki şəxslərin Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələrində vasitəçilik etməsi də qadağan edilir. Bu, "Məşğulluq haqqında" qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə daxil olmuş layihədə nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti