...

Bakı polisi: Milli Şura adlandırılan qurumun mitinqində 900 nəfər iştirak edib

Cəmiyyət Materials 12 Oktyabr 2014 18:11 (UTC +04:00)
Bakıda Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun mitinqi keçirilib.
Bakı polisi: Milli Şura adlandırılan qurumun mitinqində 900 nəfər iştirak edib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Bakıda Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun mitinqi keçirilib.

Oktyabrın 12-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam, Milli Demokrat, həmçinin Müsavat, Xalq partiyalarının, "El" hərəkatının, eləcə də bir sıra digər müxalifətyönümlü qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 900 (doqquz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti