...

Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində bələdiyyələrlə bağlı 3 mühüm qanun layihəsi hazırlanıb

Cəmiyyət Materials 17 Oktyabr 2014 13:16 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində bələdiyyələrlə bağlı 3 mühüm qanun layihəsi hazırlanıb.
Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində bələdiyyələrlə bağlı 3 mühüm qanun layihəsi hazırlanıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İlkin İzzət/

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində bələdiyyələrlə bağlı 3 mühüm qanun layihəsi hazırlanıb. Trend xəbər verir ki, bunu Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün bu gün MSK-da keçirilən müşavirədə "Bələdiyyələrin fəaliyyət keyfiyyətinin bələdiyyə üzvlərinin yenidən seçilməsinə təsiri" mövzusunda çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov deyib.

Onun sözlərinə görə, həmin qanun layihələri hələlik Milli Məclisə təqdim edilməsə də, artıq müvafiq qurumlarda ekspertizadan keçib.

F.Məmmədov qeyd edib ki, 2013-cü ildə 60 mindən çox bələdiyyə aktı Ədliyyə Nazirliyində ekspertizadan keçib. Onlardan 1500-ə yaxınının ləğv edilməsi və ya dəyişdirilməsi təmin edilib.

Ötən il 23 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edildiyindən onlarla bağlı sənədlər prokurorluq orqanlarına göndərilib. Onların bəziləri haqqında cinayət işi başlanıb, bəzi bələdiyyə sədləri cinayət məsuliyyətinə cəlb ediliblər.

Mərkəzin rəis müavini, həmçinin son 5 ildə bələdiyyə üzvləri üçün 400-dən çox maarifləndirmə tədbirlərinin təşkil edildiyini də əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti