...

Ermənistan əhalisinin 40 faizdən çoxu yoxsulluğun astanasında yaşayır

Cəmiyyət Materials 17 Oktyabr 2014 17:55 (UTC +04:00)
Ermənistan əhalisinin 42 faizi yoxsulluğun astanasında yaşayır. Trend-in ARKA agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Sosiometr” mərkəzinin direktoru Aqaron Adibekyan 2013-cü ildə keçirilən sosioloji sorğunu təqdim edərkən bildirib.
Ermənistan əhalisinin 40 faizdən çoxu yoxsulluğun astanasında yaşayır

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Ermənistan əhalisinin 42 faizi yoxsulluğun astanasında yaşayır. Trend-in ARKA agentliyinə istinadən verdiyi məlumata görə, bunu "Sosiometr" mərkəzinin direktoru Aqaron Adibekyan 2013-cü ildə keçirilən sosioloji sorğunu təqdim edərkən bildirib.

Bununla yanaşı, o, qeyd edib ki, bu il belə sorğu hələlik keçirilməyib.

A.Adibekyan bu gün keçirilən mətbuat konfransında bildirib: "Gün ərzində iki dollardan az vəsaitlə yaşayanlar yoxsul hesab olunur. Bu, BMT-nin müəyyən etdiyi yoxsulluq meyarıdır. Müvafiq olaraq, gündə bir dollardan az vəsaitlə yaşayanlar isə olduqca yoxsul hesab olunurlar".

Onun qiymətləndirmələrinə görə, ölkənin yoxsul əhalisinin 10 faizi olduqca yoxsul hesab olunur. Eyni zamanda, belə yoxsulluq həddində yaşayanların yalnız yarısı özünü belə hesab edir.

Sosioloqun fikrincə, bu, insanların özünəməxsus psixoloji müdafiə reaksiyasıdır.

Bununla yanaşı, A.Adibekyan qeyd edib ki, Ermənistan cəmiyyətinin əsas problemi daha çox məhz orta sinifin nümayəndələrinin mühacirət etməsidir: "Beləliklə, Ermənistan cəmiyyəti daha çox qütbləşir, zənginlərə və yoxsullara bölünür".

Onun sözlərinə görə, erməni ailələrin 17 faizdən çoxunun əməkhaqqı deyil, transfertlər hesabına yaşaması digər problem hesab edilir.

Sosioloq hesab edir ki, Ermənistanda 300 min uşaq atasız yaşayır: "Çünki sonuncular xaricdə pul qazanırlar. Bu, gələcəkdə ən mənfi təsirlərə gətirib çıxaracaq".

Ermənistan Maliyyə Nazirliyinin son məlumatlarına görə, 2013-cü ildə ölkədə yoxsulluğun səviyyəsi 32,1 faiz, olduqca yoxsulların səviyyəsi isə əhalinin ümumi sayının 2,7 faizini təşkil edib.

Bununla yanaşı, ölkənin Milli Statistika Xidmətinin dərc etdiyi "Yoxsulluq və Ermənistanın sosial panoraması - 2013" məruzəsinə əsasən, 2012-ci ildə ölkədə yoxsulluğun səviyyəsi 2008-ci illə müqayisədə 17,4 faiz artaraq 32,4 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti