...

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər

Cəmiyyət Materials 18 Oktyabr 2014 12:09 (UTC +04:00)
Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının İcraya Nəzarət Qrupunun 5-ci sessiyasının davamı keçirilib.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin Konfransının İcraya Nəzarət Qrupunun 5-ci sessiyasının davamı keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prokurorluğunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin şöbə prokurorları Əmir Ocaqverdiyev və Heydər Məmmədov təmsil ediblər.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, sessiya zamanı BMT-nin Korrupsiya əleyhinə Konvensiyası icmal prosesi çərçivəsində yaranan çətinliklər və müsbət təcrübələr barədə fikir mübadiləsi aparılıb, üzv dövlətlərin texniki yardım ehtiyacları müəyyənləşdirilib, Konvensiyanın icrasına nəzarət mexanizminin təkmilləşdirilməsi, habelə maliyyə və büdcələşmə məsələləri müzakirə edilib.

Əmir Ocaqverdiyev və Heydər Məmmədov sessiya iştirakçılarına Konvensiyanın tətbiqi ilə əlaqədar son dövrlərdə ölkəmizdə aparılan mütərəqqi islahatlar barədə məlumat verərək onları maraqlandıran sualları cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti