...

Sabah Azərbaycanda hava şəraiti dəyişəcək, güclü şimal küləyi əsəcək, intensiv yağışlar yağacaq

Cəmiyyət Materials 18 Oktyabr 2014 13:19 (UTC +04:00)
Azərbaycanda uzun müddət davam edən mülayim hava şəraitindən sonra sabah günün ikinci yarısında hava kəskin dəyişəcək, temperatur 10-12 dərəcə enəcək.
Sabah Azərbaycanda hava şəraiti dəyişəcək, güclü şimal küləyi əsəcək, intensiv yağışlar yağacaq

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda uzun müddət davam edən mülayim hava şəraitindən sonra sabah günün ikinci yarısında hava kəskin dəyişəcək, temperatur 10-12 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, uzun müddət davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u günün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişiləcəyi, axşama doğru isə kəskinləşəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, axşama doğru yağış yağacaq, yarımadanın bəzi yerlərində intensivləşəcək. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecəyə doğru bəzi yerlərdə şiddətlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-17, günün birinci yarısı 20-25, axşama doğru 10-12 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində sabah şimal və qərb rayonlarından başlayaraq yağış yağacaq, şimşək çaxacaq. Bəzi yerlərdə yağış arabir intensivləşəcək, güclü qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 11-16, günün birinci yarısı 22-27, axşama doğru 12-17, dağlarda gecə 4-8, günün birinci yarısı 12-17, axşama doğru 5-9 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti