...

“İrəli” Dövlət Müstəqilliyi Günü münasibətilə video çarx hazırlayıb (VİDEO)

Cəmiyyət Materials 18 Oktyabr 2014 21:50 (UTC +04:00)
Azərbaycanın Dövlət Müstəqilliyi Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir və hər il 18 oktyabrda qeyd edilir.
“İrəli” Dövlət Müstəqilliyi Günü münasibətilə video çarx hazırlayıb (VİDEO)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın Dövlət Müstəqilliyi Günü - Azərbaycan tarixinin ən mühüm günlərindən biridir və hər il 18 oktyabrda qeyd edilir. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Trend xəbər verir ki, "İrəli" İctimai Birliyi və "İrəli" Production Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə video çarx hazırlayıb.

Video çarxda gənc bir qızın Bakı şəhərini gəzərək, şəhərin sakitçiliyindən, insanlarımızın tolerantlığından bəhs edir. Digər ölkələrdə bir çox problemlər olsa da, Azərbaycanın bu gün müstəqil ölkə olaraq formalaşmasıyla yanaşı, sülh şəraitində yaşadığı bəhs edilir. Video çarx ümummilli lider Heydər Əliyevin məşhur sözləri ilə bitir: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"

Xatırladaq ki, "İRƏLİ" İctimai Birliyi Azərbaycan Respublikasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.

Xəbər lenti

Xəbər lenti